​GORANBOY RAYON İCRA HAKİMİYYƏTİNİN VƏZİFƏLİ ŞƏXSİ İŞDƏN AZAD OLUNDU – Sərdar Sadıqov barəsində araşdırma başladı...

Baxış sayı:
796

Goranboya rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sadıqov Sərdar İltifat oğlu vəzifəsindən uzaqlaşdırılıb.
Hurriyyet.az-
ın etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, hazırda S.Sadıqovun fəaliyyəti ilə bağlı araşdırmalar gedir və onun çox sayda qanunsuz əməllərinin aşkara çıxarılacağı istisna olunmur.
Mənbə bildirir ki, Sərdar Sadıqov uzun müddət Goranboy rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışan İltifat Sadıqovun oğludur. İ.Sadıqov Goranboyda olduqca imkanlı şəxslərdən biri hesab olunur və təkcə rayonun özündə deyil, Bakı şəhərində də külli miqdarda əmlaklara sahib olduğu haqda informasiyalar var. Həmçinin, onun Bakı-Gəncə yolunun kənarında “Buta Mebel” salonu, Borsunlu kəndində şadlıq sarayı və Həmənli kəndində böyük heyvandarlıq təsərrüfatı, Kəpənəkçi kəndində mebel sexi, bir sıra obyektləri və s. var.
Mənbə onu da deyir ki, “Lexus” və “BMV” markalı bahalı avtomobilləri olan İltifat Sadıqovun maşınları rayonda hər kəs tərəfindən tanınır. Çünki həmin avtomobillərə “22-BH-222” kimi “zerkalni nömrələr” vurulur.
Yeri gəlmişkən, mətbuat Göranboy İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin keçmiş müdiri Sərdar Sadıqovu idarələrdən, təşkilatlardan rüşvət toplayan şəxs kimi təqdim edir. İddialarda o da bildirilir ki, o da atası kimi, 100 min manat dəyərində olan avtomobildə gəzir.
Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.