Gürcüstanda koronavirus üzrə növbəti antirekord

Baxış sayı:
1341

Gürcüstanda son 24 saat ərzində daha 227 nəfər koronavirusa yoluxub və 2 nəfər ölüb.

Muxalifet.az bildirir ki, məlumatı Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytı yayıb.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 4140-a, ölənlərin sayı isə 24 nəfərə çatıb.

İndiyədək 1643 pasiyent sağalıb, hazırda karantində 5390, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.