Gürcüstanda məhdudiyyətlərə etiraz - NARAZILAR PARLAMENTİN QARŞISINDA ÇADIR QURMAQ İSTƏDİLƏR

Baxış sayı:
1155

Gürcüstanda koronavirusun yayılmasının qarşısını almaq üçün hökumətin tətbiq etdiyi məhdudiyyətlərə qarşı etiraz mitinqi keçirilib.

Apsny.ge xəbər verir ki, bu gün etirazçılar Tbilisidəki parlament binasının qarşısında çadır qurmaq istəyiblər, lakin polis buna mane olub.

Aksiya “Gürcüstan uğrunda” hərəkatı tərəfindən təşkil olunub. Etirazçılar həmçinin, erkən parlament seçkiləri tələb ediblər.

Hərəkat iştirakçıları onuncu parlament iclası günü dinc etiraz keçirəcəklərini deyiblər.

Gürcüstan koronavirusun ikinci dalğasını yaşayır. Gündə təxminən dörd min yeni yoluxma hadisəsi qeydə alınır. 28 noyabrdan etibarən Gürcüstanda bir sıra məhdudiyyətlər tətbiq edilib - böyük şəhərlərdə ictimai nəqliyyat dayandırılıb, ticarət mərkəzləri, geyim bazarları, idman salonları və məktəblər bağlanıb.