Gürcüstanın hakim və müxalifət partiyalarının sədrləri arasında DAVA

Baxış sayı:
520

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze və müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya arasında fiziki qarşıdurma olub.

Muxalifet.az report-a istinadən xəbər verir ki, insident Tbilisidə Avropa İttifaqının ofisinin qarşısında baş verib.

Siyasətçilər bir-birlərini təhqir ediblər. İ.Kobaxidze müxalifətçini təxribatda ittiham edərək onu xuliqan adlandırıb.

Qeyd edək ki, “Gürcü Arzusu”nun sədri Aİ-nin ofisində Avropa ölkələrinin Gürcüstandakı səfirləri ilə görüşüb.