HƏBİB AMERİKALI BOKSÇUYA QALİB GƏLDİ VƏ KARİYERASINI BİTİRDİ - İdmançı bunun səbəblərini açıqladı / YENİLƏNİB

Baxış sayı:
5424

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

O, Castin Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu deyib. Qeyd edək ki, Nurməhəmmədov Qetjiyə qalib gələrək yüngül çəkidə çempionluq titulunu qoruyub. Döyüş ikinci raundda 31 yaşlı dağıstanlının boğucu fəndlə qalibiyyəti ilə başa çatıb. Bu, Nurməhəmmədov üçün professional karyerasında 29-cu ardıcıl qələbə olub.

"Bu gün UFC-də son döyüşüm idi. UFC-dən istədiyim bu çərşənbə axşamı çəki kateqoriyasından asılı olmayaraq döyüşçülərin reytinqində birinci yeri tutmaq idi", - Nurməhəmmədov deyib.

“Mən dağ kəndindən adi oğlanam. Qardaşım dedi ki, “Google” mənim planetdə ən çox müzakirə edilən insan olduğumu deyir. Mən inanmadım. Sadəcə atamla birlikdə çempion olmaq istəyirdim. Hər şeyin belə çiyinlərimə düşəcəyini düşünmürdüm.

Əgər valideynləriniz varsa, onların yanında olun, vəssalam, mənim bir valideynim qaldı – bu, anamdır, istərdim ona daha çox vaxt ayırım”, - Həbib Nurməhəmmədov əlavə edib.

"Bu mənim son döyüşüm idi. UFC-dən Castinlə bağlı zəng edəndə anamla 3 gün söhbət etdim. O, mənim atam olmadan döyüşməyimi istəməzdi. Ancaq mən söz verdim ki, bu, son döyüşümdür. Söz verdim və buna əməl etməliyəm. Bu, UFC-də son döyüşüm idi", - Nurməhəmmədov deyib.

Daha əvvəl Mütləq Döyüş Çempionatının yüngül çəkidə rusiyalı kəmər sahibi idmandan nə vaxt gedəcəyi barədə danışıb.

***
 

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş keçirilib.

Görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda UFC 254 turnirində gerçəkləşib.

32 yaşlı Nurməhəmmədov rəqibini ikinci raundda boğucu fəndlə üstələyib.

Bu müdafiə rusiyalı üçün 3-cü olub. Nurməhəmmədov 7 aprel 2018-ci ildə amerikalı Yel Yakvintə qalib gələrək təşkilatın çempionu olub.

H.Nurməhəmmədov bununla yüngül çəkidə UFC çempionu titulunu qoruyub.