ƏHMƏD ƏHMƏDZADƏYƏ YENİ VƏZİFƏ VERİLDİ - Müşavir təyin edilib

Baxış sayı:
1484

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, sabiq sədr Ə.Əhmədzadə baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

Xatırladaq ki, aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Əhmədzadənin "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ə.Əhmədzadə bu vəzifəyə 1993-cü ildə təyin olunmuşdu və 28 il ərzində ASC-yə rəhbərlik edib.