“HƏTTA ERMƏNİSTANIN ÖZÜ QARABAĞIN MÜSTƏQİLLİYİNİ TANIMAYIB” – Fransa XİN

Baxış sayı:
2436

Fransanın Xarici İşlər Nazirliyidən Senatın “DQR”-in müstəqilliyinin tanınması ilə bağlı bu gün qəbul etdiyi qətnaməni şərh ediblər.

“Dağlıq Qarabağın müstəqilliyinin birtərəfli qaydada tanınması nə Ermənistanın, nə Qarabağ əhalisinin, nə də Fransanın özünün xeyrinə olmayacaq”, - Fransa XİN-in katibi Jan-Batist Lemuan bəyan edib.

“Qarabağın müstəqilliyini heç bir ölkə, hətta Ermənistanın özü belə tanımayıb”, - Lemuan qeyd edib.

Xatırladaq ki, Fransa Senatı bir qədər əvvəl yekdilliklə “DQR”-in müstəqilliyinin tanınması barədə qətnamə qəbul edib. Rəsmi Bakı bu sənədi “adi kağız parçası” adlandırıb./azpolitika