İCRA BAŞÇISININ İŞDƏN ÇIXARILMASINA SƏBƏB OLAN OBYEKT SÖKÜLDÜ - VİDEO

Baxış sayı:
2685

Nizami rayonu, Məhəmməd Xəlil Şərifli və Şirin Mirzəyev küçərlərinin kəsişməsində yerləşən parkda tikilən qanunsuz obyekt sökülüb.

Qanunsuz obyekt barəsində Azərbaycan Dövlət Televeziyasında (AzTv) reportaj yayımlanıb.

Parkın bir hissəsinin zəbt olunaraq tikilən obyekt ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub. Ərazidə yaşayan sakinlər bu tikililə bağlı öz narazılıqlarını bildirib.

Qeyd edək ki, sözü gedən ərazidə yerləşən park son illərdə paytaxtın bir çox ərazisində gerçəkləşdirilən "ABAD həyət" layihəsi çərçivəsində salınıb. Daha sonra parkın ərazisində qanunsuz şəkildə bir hissə zəbt olunaraq, obyekt inşa olunub.