​İnternetdə yeni dönəm... - NASA Ayda Wi-Fi şəbəkəsi qurur!

Baxış sayı:
31711

2024-cü ildə yenidən Aya çıxmağı planlaşdıran Amerika Aeronavtika və Kosmos İdarəsi (NASA) çox danışılacaq bir layihə ilə gündəmdədir.
Qafqaz.media “Business Insider”-ə istinadən xəbər verir ki, NASA planetimizin yeganə peyki olan Ayda Wi-Fi şəbəkəsinin qurulması işlərinə başlayıb.
Sözügedən layihə ilə NASA həm kosmanavtlarla ünsiyyəti asanlaşdırmağı, həm də ABŞ-ın bəzi yerlərində internet problemini həll etməyi hədəfləyir.
Bu araşdırma ilə ABŞ-ın bəzi bölgələrində qeyri-kafi xidməti əvəz edə biləcək bir texnologiyanın inkişaf etdiriləcəyinə ümid edilir.
Klivlenddə ilkin araşdırmalara başlayan NASA, bölgədəki minlərlə elektrik dirəyinə Wi-Fi paylayıcılarının qoşulmasının və oradakı evlərə girişin təmin edilməsinin mümkün olduğunu müəyyən edib.
NASA-nın Araşdırma Mərkəzinin texnologiya inkubasiya və innovasiya direktoru Mari Lobo mövzu ilə əlaqədar verdiyi açıqlamada bildirir:
“Bu layihə kosmlonavtları Aya göndərərkən qarşımıza çıxan problemlərin həlli yollarını inkişaf etdirmək üçün əla bir fürsət təqdim etsə də, ölkəmizdə getdikcə artan bir ictimai problemi də həll etməyi hədəfləyir”.
NASA-nın mətbuat açıqlamasında bildirilir ki, rəqəmsal bərabərsizlik və alternativ internet xidmətinə çıxışın olmaması ABŞ-da, xüsusən də pandemiya dönəmində, ciddi narahatlıq doğurub.
Milli Rəqəmsal İnkişaf Alyansının hesabatına görə, Klivlenddəki evlərin təxminən 31 faizinin internetə genişzolaqlı girişi yoxdur.