İranlı nüvə aliminin qətli ilə bağlı saxlanılanlar var

Baxış sayı:
11079

Nüvə sahəsi üzrə tanınmış iranlı alim Möhsün Fəxrizadənin qətli ilə bağlı bir neçə nəfər saxlanılıb.

Bu barədə İran parlamenti sədrinin köməkçisi Hüseyn Əmir Abdollahian məlumat verib.

Onun sözlərinə görə, qətlin həyata keçirilməsində iştirak edən şəxslər ədalətdən qaça bilməyəcəklər:  “Bir qismi təhlükəsizlik xidməti tərəfindən müəyyən olunmuş və hətta saxlanılmış, qətlin həyata keçirilməsində iştirak edən şəxslər ədalətdən qaça bilməyəcəklər”.

Xatırladaq ki, Möhsün Fəxrizadə noyabrın 27-də Tehran əyalətinin Damovənd şəhərində sui-qəsd nəticəsində qətlə yetirilib. O, İran Müdafiə Nazirliyinin nəzdindəki tədqiqat və yeniliklər təşkilatının rəhbəri olub və müdafiə nazirinin müavini vəzifəsində çalışıb.