İŞİD varlı gəncləri sıralarına cəlb edir - MİSİRİN İSLAM ARAŞDIRMALARI MƏRKƏZİ BƏYANAT YAYDI

Baxış sayı:
1365

İŞİD varlı gəncləri öz sıralarına cəlb edir.

Bu barədə Misirin “Dar əl-Ifta” İslam Araşdırmaları və Fətva Mərkəzi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, İŞİD həmin gənclərdən kriptovalyuta ilə böyük məbləğdə ianələr toplayır. Mərkəz xəbərdarlıq edib ki, terrorçular varlılara “vahid İslam dövləti” qurulması yolunda maliyyə vəsaiti ayırmaları üçün çağırışlar edir. “Təəssüf doğuran hal ondan ibarətdir ki, yüksək təhsil görmüş bəzi gənclər bu təxribata aldanırlar”, - deyə bəyanatda vurğulanır.

1895-ci ildən fəaliyyət göstərən İslam Araşdırmaları və Fətva Mərkəzi iki ildir ki, İŞİD-in ideoloji dayaqları ilə bağlı tədqiqat aparır. Misirin İlahiyyat Nazirliyi də terrorizmə və ekstremizmə qarşı ideoloji mübarizəni gücləndirib. Prezident Əbdülfəttah əl-Sisi gənclərin ekstremizmə və terrorçuluğa qarşı mübarizədə maarifləndirilməsi işini diqqət mərkəzində saxlayır.(AzərTAc)