Keçmiş bələdiyyə sədri vətəndaşın torpağının üzərindən özünün fermer təsərrüfatına yol saldı – “0.25 ha taxıl ərazimi məhv etmişdir”

Baxış sayı:
3295

Qobustan rayonun Xilmilli kənd sakini Xatın Osmanova tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şamaxı rayon, Çuxuryurd Bələdiyyəsinin sədrindən şikayətçi olan X.Osmanova ölkə rəhbərliyinə müraciət edib:
“Hörmətli Prezident!
Mən ailəmlə Qobustan rayonun Xilmilli kəndində yaşayıram. Ailəmizə islahat vaxtı verilmiş 12.38 ha pay torpağında qanunsuz olaraq maşın yolu salınmışdır. Bu yolu Məlikov Soltanpaşa Əziz oğlu özbaşna olaraq, özünə məxsus 900 ha taxıl sahəsinə gediş-gəliş üçün salmışdır.
S.Məlikov əslən Şamaxının Peyvənd Təklə kəndindəndir. Deyilənə görə, Şamaxının Çuxuryurd kəndində Bələdiyyə sədri, qardaşı Məlikov isə Şamaxı RPŞ-də baş müstəntiq işləyir.
Soltanpaşa bizim torpağın yanında özünə yaratdığı 500 ha sahəni mənim kimilərdən, hərəsindən 2-3 ha zorla zəbt etməklə, bəzi sahələri isə su qiymətinə almaqla, özünə fermer təsərrüfatı yaratmışdır.
20 ildir ki, mənim zəbt etdiyi 2 ha torpağımı geri qaytarmır, qanunsuz istifadə edir. Üstəlik, taxıl əkdiyim sahənin düz ortasından fermer təsrrüfatına yol salmış və 0.25 ha taxıl ərazimi məhv etmişdir. Bu adam özünü “Hacı” adlandırır. Bu adam Bələdiyyə sədri işlədikdən sonra Çuxuryurdda böyük dərimanı, yanacaqdoldurma məntəqəsi və çoxsaylı obyektləri vardır. S.Məlikov bizimlə danışıqda qeyd edir ki, mənim pulum və imkanlarım genişdir, heç kəsdən də qorxmuram, yaxşı edib yol açmışam. Yerli rəsmi nümayəndələr də, polis də şikayətimiz üzrə faktı təsdiq edirlər, lakin heç bir tədbir görmürülər.
Mənim iyunun 3-də bələdiyyə sədri olduqdan sonra pullarının sayını bilməyən və bizi kimi kasıb insanların əlindən torpaqlarımızı qanunsuz alıb istifadə edən və hələ bu azmış kimi, dolanacaq üçün ümid etdiyimiz taxıl sahəsinin də bir hissəsini məhv edərək özünə qanunsuz yol salmış Məlikov Soltanpaşanın bizim rayonumuzda və kəndimizdə  törətdiyi qanunpozuntularının qarşısının alınması üçün göstəriş verilməsi barədə şikayətimdən sonra bizi Qobustan rayon İcra Hakimiyyətinə  Kənd Təsərrüfatı İdarəsi rəisi Həsənağa müəllim və yerli Bələdiyyə sədri Namiq müəllim şikayətimizi müzakirə etdi. Sonra xahiş etdilər ki, “biz Soltanpaşa ilə danışıb razılaşmışıq, zəbt olunmuş yerinizə əkilmiş buğdanı biçin, bundan sonra da həmin 2 ha torpağınız özünüzə qalar. Soltanpaşanın əkdiyi buğdanı biçməklə də Sizin taxılınızın ortasındn salınmış yola görə dəymiş ziyanın əvəzi ödənilmiş olar”.
Biz Qobustan rayon İcra Hakimiyyətinin rəsmi adamları ilə razılaşıb, kəndimizə qayıtdıq. Budur, 2 gün əvvəl Soltanpaşa tərəfindən 20 il zəbt olunmuş pay torpağımıza əkilmiş buğdanı biçməyə başlmışdıq ki, Soltanpaşa özünün şilləvuranı və bacısıoğlu Qaliblə gəlib çıxdılar. Bizə hədə-qorxu gəlib, yerimizdən qovdular. Dedi ki, mən bu yeri Xilmilli kənd Balədiyyə sədrinə çoxlu pul verib almışam, rədd olun buradan. Biz onu başa salmaq istədik ki, İcra Hakimiyyətindən Həsənağa müəllim bizə icazə verib, biz yerimizə əkilmiş buğdanı bizə vurduğun maddi ziyanın əvəzinə biçirik. Bu adam yenə utanmadan səsini başına götürüb, sahənin ortasında dövrə vurmağa başladı ki, mən heç kəsi tanımıram və söz verməmişəm, təcili surətdə mənə vurduğunuz ziyanı ödəməlisiniz, yoxsa axırı pis qurtarcaq.
Biz evimizə qayıtdıq və deputatımız Şahin seyidzadə ilə əlaqə saxlayıb, Şamaxı rayonun bələdiyyə sədri Soltanpaşanın özbaşnalığının hədə-qorxu səviyyəsinə çatdığını bildirdik. Deputatımız məsləhət gördü ki, təcili olaraq bu barədə yerli polis şöbəsinə məlumat verin.
Cənab Prezident!
Sizdən xahiş edirəm ki, bələdiyyə sədri olandan sonra var-dövlətinin sayı-hasabı bilinməyən Soltanpaşaya Azərbaycan qanunlarına riayət etməyi, özünün yekəxana aparmamağa, zəbt etdiyi və 20 il heç bir icarə haqı vermədən qanunsuz istifadə etdiyi pay torpağımızı dərhal tərk etməyi, eləcə də bizə 20 il vurduğu maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün Qobustan rayon İcra Hakimiyyəti başçısına və yerli Polis Şöbəsinə göstəriş verəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırı
q.