“Kimsə İranın əsas kompüteri ilə oynayır…” – QONŞU ÖLKƏDƏ SİRLİ PARTLAYIŞLAR

Baxış sayı:
10930

İsrailin “Kanal 12” televiziyasının Yaxın Şərq və ərəb məsələləri üzrə müxbiri Tsvi Yexezkeli İranda son həftələrdə bir-birinin ardınca baş verən sirli partlayışlar haqda danışıb.

Virtualaz.org İsrail mənbələrinə istinadən xəbər verir ki, iranlıların baş verənlərdən özlərini itirdiyini, ümumiyyətlə bu partlayışların nədən qaynaqlandığını dərk edə bilmədiklərini deyib.

“Üç həftə əvvəl biz Fordo nüvə mərkəzində partlayış haqda danışırdıq. Bunun ardınca Natanzda çox ciddi partlayış baş verdi, indi isə budur, Tehranda seriya partlayışlar haqda xəbər yayılıb. Orada nə baş verir? Görünən odur ki, əgər ərəb mənbələrinə nəzər salsaq iranlılar son aylarda nüvə proqramında mühüm irəliləyiş əldə etmişdilər. Və kimsə, çox güman ki, İsrail İranın nüvə proqramını sabotaj edir və onu geriyə atır”,-jurnalist bildirib.

O qeyd edib ki, Natanzdakı partlayışın İranın zənginləşdirilmiş uran proqramını azı bir il geriyə atdığı barədə xəbərlər var. İsrail telekanalının əməkdaşı deyir ki, İsrailin İranın nüvə proqramını dayandırmaq və onu geriyə atmaq cəhdlərindən söhbət gedir. İranlılar isə bu hücumların qarşısında çarəsizdir.

“Onlar hətta bilmir ki, hücumun mənbəyi haradadır-söhbət kiber hücumdan gedir, yoxsa sabotajdan, onlar hələ də başa düşməyiblər ki, söhbət bomba qoyulmasından gedir, yoxsa hava hücumundan”,-o bildirib.

Tsvi Yexezkeli bildirib ki, İran vətəndaşları hər gün ölkənin bu və ya digər yerlərində elektrik enerjisinin kəsilməsi haqda xəbərlər verir. “Siz sadəcə olaraq görürsünüz ki, kimsə İranın mərkəzi kompüteri ilə oymayır və onlar buna mane ola bilmirlər”,-jurnalist deyib.

Tsvi Yexezkelinin fikrincə, əgər söhbət İsraildən gedirsə o zaman İranın mərkəzi kompüter sistemlərinə nüfuz etmiş kiber hücumlar kombinasiyası barədə danışmaq olar. “Mən Bəndər-Abbas limanına kiber-hücumu xatırlada bilərəm. Onlar hələ də limanın işini tam həcmdə bərpa edə bilməyiblər. Bu hücumlar çox “təmiz” həyata keçirilib, iranlılar heç mənbəni də identifikasiya edə  bilməyiblər. Ola bilsin hücumların bir hissəsi Natanzda olduğu kimi, bilavasitə partlayışla, yaxud havadan hücumla həyata keçriilib. İranlıların bəyanatlarını oxuyanda görürsən ki, onlar tam özlərini itiriblər, anlaya bilmirlər ki, başlarına gələnlərin mənbəyi haradır”,-israilli jurnalist deyib.

ABŞ-ın özəl kəşfiyyat şirkəti “Stratfor” a İranda baş verən müəmmalı hadisələrin arxasında İsrailin dayandığını təxmin edir. Mərkəzin ekspertlərinin mövqeyinə görə Natanzda, o cümlədən iyunun 26-da “Hocir” raket kompleksində baş vermiş partlayışların İsrailin diversiyası olduğuna dair kəşfiyyat məlumatları var. İsrailin İran istiqamətində fəallaşmasının səbəbi isə qərb və ərəb ölkələrinin Tehranı cilovlamaq səylərinin nəticə verməməsidir. “Stratfor” hesab edir ki, İsraildə ABŞ rəhbərliyinə “İrana qarşı daha yumşaq davranan” administrasiyanın gələcəyini gözləyirlər və ona görə də İranın nüvə proqramına zərbə vurmaq üçün indiki optimal, ancaq məhdud pəncərədən istifadə edirlər.