Koçaryan separatçıların sabiq liderləri ilə görüşdü - QARABAĞI MÜZAKİRƏ EDİBLƏR

Baxış sayı:
1415

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı qurumun sabiq liderləri Bako Saakyan, Arkadi Qukasyan və Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Qarabağdakı separatçı rejimin ilk rəhbəri və ikinci prezident Robert Koçaryanla görüşüblər.

Bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, görüşdən əvvəl Bako Saakyan və Arkadi Qukasyan Nikol Paşinyanla, daha sonra Serj Sarkisyanla görüşüblər.

Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan məlumatı təsdiqləyib.

“Bəli, həqiqətən, dünən Koçaryan Qarbağın sabiq “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyan ilə görüşüb. Üçüncü prezident Serj Sarkisyanın iştirakı ilə də bir görüş keçirildi. Təbii ki, yalnız bir müzakirə mövzusu var idi – Qarabağ. Düşünürəm ki, hazırkı vəziyyətdə bu cür məsləhətləşmələr vaxtaşırı olacaq”, - Soqomonyan əlavə edib.