Köçəryan Moskvaya getməyəcək - KEÇMİŞ PREZİDENTDƏ KORONAVİRUS AŞKARLANDI

Baxış sayı:
808

Bir az əvvəl Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorgyana istinadən bildirmişdik ki, hökumət başçısı Nikol Paşinyan Ermənistanın keçmiş iki prezidenti -  Levon Ter-Petrosyan və Robert Köçəryana Dağlıq Qarabağın gələcək taleyi ilə bağlı Rusiya siyasi elitası ilə danışıqlar aparmaq üçün mandat verib.

Xatırladaq ki, Moskvada N.Paşinyanla danışıqlar aparmaq istəmədilər və qondarma “antiterror əməliyyatı” bəhanəsi ilə onun Kremli Qarabağ müharibəsinə müdaxilə etmə zərurətinə inandırmaq üçün etdiyi bütün cəhdlər Rusiya siyasi dairələrinin müqaviməti ilə qarşılaşdı.

Paşinyan danışıqlar aparmaq mandatını, ilk növbədə, Moskvanın yaxın dostuna və Yerevandakı "Rusiya partiyası"nın lideri - eks-prezident Robert Köçəryana vermişdi.

Lakin virtualaz.org-a məlum olub ki, R.Köçəryanın Moskva səfəri təxirə salınıb. Belə ki, bu gün keçmiş prezidentə koronavirus diaqnozu qoyulub və onu təcrid etmək qərarı verilib.

2008-ci ilin qanlı hadisələrindən sonra daha çox Qərbpərəst siyasətçi kimi tanınan Ter-Petrosyanın əsas danışıqlar missiyasını öz üzərinə götürə biləcəyi çoxlu suallar doğurur. Xatırladaq ki, Ter-Petrosyanın seçkiqabağı platforması Rusiya maraqlarının Cənubi Qafqazdan sıxışdırılması konsepsiyası üzərində qurulmuşdu.

Moskvada Ter-Petrosyanı heç vaxt "özlərininki"hesab etməyiblər. Yeri gəlmişkən, R. Koçaryan 1998-ci ildə keçmiş müdafiə naziri Vazgen Sarkisyan və xüsusi xidmət orqanlarının şefi Serj Sarqsyanla ittifaqda məhz Rusiya hərbi sənaye kompleksinin yardımı ilə Ermənistanda dövlət çevrilişini həyata keçirib, L. Ter-Petrosyanı erməni xalqının maraqlarını satmaqda və Qarabağı verməyə cəhddə ittiham edərək dövlət başçısı vəzifəsindən kənarlaşdırmışdı./Virtualaz.org