Köçəryan Paşinyanın çəkicinə oraqla cavab verəcək - “ƏVVƏL GÖRƏNDƏ QORXDUM...”

Baxış sayı:
780

Ermənistanın baş naziri Nikol Paşinyan rəqiblərini əlində çəkic yelləyib hədələdiyi bir vaxtda keçmiş prezidenti Robert Köçəryanın Vardenisdə seçicilərlə görüşü zamanı iştirakçılardan biri ona oraq hədiyyə edib. Həmin şəxs bildirib ki, oraq və çəkic haqda hamıya məlumdur. Çəkic korlamaq, vurub dağıtmaq alətidir, oraq isə kənd təsərrüfatı alətidir.

 “Mən çəkicə qarşı oraq gətirmişəm. Onu sizə bağışlayıram ki, kənd təsərrüfatını bərpa edəsiniz, siyasi alaq otlarını biçəsiniz”,-vardenisli kəndli Robikə bildirib.

Köçəryan çəkici götürüb, etiraf edib ki, aləti görəndə əvvəlcə qorxub. “Fikirləşdim ki, bu axtalama alətidir? Xoşbəxtlikdən, yox. Onu təyinatı üzrə istifadə etməyə söz verirəm”,-Köçəryan deyib.

Bundan əvvəl Köçəryan demişdi ki, Paşinyanın çəkicinə cavab olaraq əlinə hansısa alət almağa hazırlaşmır, çünki onun yumruğu “çəkic kimi möhkəmdir”.