"Koronavirus daha öldürücü virus deyil..." - "London Kral Cəmiyyəti" yeni araşdırma təqdim etdi

Baxış sayı:
1092

İngiltərənin "London Kral Cəmiyyəti" ölkənin ən tanınmış virusoloqlarının ibarət SET-C (Science in Emergency Tasking - Covid-19) qrupu tərəfindən aparılan araşdırmaların nəticələrini yayınlayıb.

Qərb mətbuatı xəbər verir ki, araşdırmada koronavirus infeksiyasının mutasiya olma sürətinin xeyli düşdüyü qeyd olunub.
 
Bilidirilir ki, virusun daha da yolxucu olduğu iddiası doğru deyil. İngilis alimləri virusun əvvəlkinə nəzərən olduqca yavaş bir nisbətdə mutasiyaya uğradığını açıqlayıblar. Bununla belə daha öncəkinin əksinə, virusun genetik kodunda edilən dəyişikliklərin heç birinin daha yolxucu və ya şiddətli hala gətirmədiyi bildirilib. Bu durumun xəstəliyə yaxalanan adamların virusdan qorunacağını və böyük ehtimalla bir peyvəndin uzun müddət təsirli ola biləcəyindən xəbər verir.
 
Çalışmada alimlər virusun pandemiyanın zirvəyə çıxdığı mart-may aylarında gözlənilmədən çox yavaş mutasiyaya uğradığını təsbit ediblər. Çalışma qrupunun rəhbəri, Kembric universitetindən prof. Geofrey Smit nəticələrin çox yaxşı olduğunu, xəstəliliyin olduqca sabit bir hala gəldiyini vurğulayıb.
 
Alimlər koronavirusun indiki halında xəstəliyi daha şiddətli və yolxucu hala gətirmədiyini açıqlayılar. Virusun guya Çində bir laboratoriyada hazırlandığı iddiasını isə onlar konspiroloji nəzəriyyə olduğunu bəyan ediblər./Azpolitika.info