Koronavirus peyvəndi Azərbaycana gətirildi

Baxış sayı:
918

SARS-CoV-2 koronavirus peyvəndinin ilk partiyası Azərbaycana daxil olub.

Xəbəri “Sputnik Azərbaycan” yayıb.

Nəşrin mənbəsinə görə, Çin istehsalçısı SinoVac-dan sifariş edilən peyvənd ölkəyə gətirilib.

O da bildirilir ki, ilk mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı vətəndaşlar koronavirus peyvəndi alacaqlar.