Koronavirusdan sağalanların sayı 11 milyonu keçdi

Baxış sayı:
1155

Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı artmaqda davam edir.

Muxalifet.az "Worldometers" saytına istinadən bildirir ki, hazırda virusa yoluxma sayı 17 milyon 759 min 593, pandemiya qurbanlarının sayı isə 683 min 20 nəfərə çatıb.

İndiyədək 11 milyon 162 min 902 xəstə sağalıb.

Qeyd edək ki, koronavirusun ən çox yayıldığı ilk üç ölkə ABŞ, Braziliya və Hindistandır. Ən çox ölümün müşahidə olunduğu dövlətlər isə ABŞ, Braziliya və Meksikadır.

Maraqlıdır ki, koronavirusun ilk yayıldığı Çin 84 337 yoluxma ilə siyahıda 29-cu yerdədir.