Koronavirusun peyvəndini tapan türk həkim dünyanın ən zənginləri siyahısına düşdü

Baxış sayı:
790

Türk əsilli həkim-immunoloq, onkoloq, sahibkar və "BioNTech SE" biotexnoloji şirkətin həmtəsisçi Uğur Şahin ilk dəfə dünyanın 500 ən zəngin insanı siyahısına daxil olub.
"Bloomberg"in verdiyi məlumata görə, Böyük Britaniyanın bu həftə "BioNTech SE" və "Pfizer Inc." şirkətlərinin birgə yaratdığı COVID-19 infeksiyasına qarşı peyvəndin istifadəsinin təsdiqlənməsindən sonra "BioNTech SE"nin səhmlərinin dəyəri 8%, ilin əvvəlindən isə 250% artıb.
"Bloomberg Billionaires Index"ə görə, Uğur Şahin hazırda dünyanın ən zəngin 500 adamı siyahısında 493-cü yerdədir. Onun xalis sərvəti 5,1 mlrd. ABŞ dolları təşkil edir.