“Krıtı Elmar” silah və narkotiklə tutuldu - FOTO

Baxış sayı:
5616

Lənkəranda keçmiş məhkum silah və narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Elmar Abdullayevin üzərindən dörd bükümdə narkotik vasitə olan heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid dörd ədəd patron və əlavə olaraq “Makarov” tipli tapançaya aid altı ədəd güllə aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, cinayətkar aləmdə “krıtı Elmar” kimi tanınan həmin şəxs əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkumluq həyatı yaşayıb.