“LENININ CƏSƏDINI YANDIRAQ!” - Jirinovskidən gözlənilməz təklif

Baxış sayı:
421

Əgər kommunistlər Leninin cəsədini amerikalı sənətçi Devid Datuna satmaq istəmirlərsə, o zaman onu krematoriyada yandırıb, külünü kolbada anasının, yaxud atasının məzarı yanında dəfn etmək lazımdır.

Bunu “Vesti FM” radiostansiyasının efirində Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski deyib.

“Məsələn, amerikalı rəssam Devid Datun Leninin cəsədini almağa və Vaşinqtona aparmağa hazırdır. O bunun üçün bizə 1 milyard dollar (əslində sənətçi 1 milyon təklif edib - red.) ödəməyə hazırdır. Böyük puldur. Əgər bu qədər böyük pulu biz alacağıqsa, nəyə lazımdır o cəsəd... O zaman onu krematoriyada yandıraq və külünü kolbada Simbirskidə atasının, yaxud Peterburqda anasının məzarı yanında dəfn edək”, - deyə RLDP lideri bildirib.

Xatırladaq ki, sənətçi David Datun ABŞ-ın hazırda kommunizmə doğru getdiyini bildirib. Sənətçinin fikrincə, Leninin cəsədinə indi orada daha çox ehtiyac var. O, inqilab liderini Moskvadan satın alaraq, Vaşinqtonda oxşar mavzoley yaradıb ora aparmağı təklif edib./virtualaz.org