MARNEULİDƏ “GÜRCÜ ARZUSU” QALİB GƏLDİ - Rəsmi açıqlama

Baxış sayı:
890

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda mer vəzifəsinə keçirilmiş seçkilərin nəticələri açıqlanıb.
Belə ki, ölkənin Mərkəzi Seçki Komissiyası rayon üzrə 91 məntəqənin hamısında səsləri hesablayıb.
Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyasının namizədi Kənan Ömərov 68,26 %, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Eldar Mustafayev 28,17 %, digər müxalif Avropalı Gürcüstan Partiyasının namizədi Əhməd İmamquliyev isə 3,58 % səs əldə edib.
Qeyd edək ki, Marneuli meri postuna yalnız bu üç namizəd iddialı olub.