Messi “Barcelona”nın hazırlıq prosesində olmayacaq

Baxış sayı:
6671

“Barselona”nın ulduz futbolçusu Lionel Messi gələn həftə hazırlıq prosesində iştirak etmək üçün komandaya qayıtmaqdan imtina edib.

Bu barədə “El Periodico” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, oyunçu klub rəhbərliyinə koronavirus üçün “PCR” testi daxil olan tibbi müayinədən keçməyəcəyi barədə məlumat verib.

Qeyd edək ki, İngiltərənin “Maçester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola İspaniyanın Barselona şəhərindədir. 49 yaşlı mütəxəssis “Barselona”nın ulduz futbolçusu Lionel Messinin gələcək karyerasını müzakirə etmək üçün onunla görüşməyə razılıq verib.

Xatırladaq ki, ötən mövsüm İspaniya çempionatının 33 matçında iştirak edən Messi 25 qol vurub və 21 məhsuldar ötürmə edib. Son 16 ildə forvard bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb./report