Messidən forma nömrəsi ilə bağlı AÇIQLAMA

Baxış sayı:
95411

Fransanın PSJ klubunda 30 nömrəli forma altında çıxış edəcək Lionel Messi niyə məhz həmin nömrəni seçməsinə aydınlıq gətirib.

Ulduz futbolçu bu barədə PSJ-nin mətbuat xidmətinə müsahibəsində danışıb.

“30 “Barselona”da daşıdığım ilk forma nömrəm olub. Yeni kluba transferdən sonra keçmişdə hiss etdiyim emosiyaları uzun illərdən sonra yenidən yaşayıram”, - deyə 34 yaşlı futbolçu vurğulayıb.

Xatırladaq ki, avqustun beşində İspaniyanın “Barselona” klubu Lionel Messi ilə yollarını ayırıb.

Messi 2000-ci ildən “Barselona”da çıxış edirdi.