Messidən Neymara təklif - “Mançester Siti“yə gedək“

Baxış sayı:
6814

"Barselona"nın futbolçusu Lionel Messi PSJ-nin hücumçusu Neymlarla yenidən komanda yoldaşı olmaq istəyir.

Belə ki, 33 yaşlı oyunçu braziliyalı futbolçuya onunla birlikdə "Mançester Siti"yə keçməyi təklif edib.

Bununla bağlı Messinin Neymarla əlaqə saxladığı iddia olunub. "Mançester Siti"nin argentinalı futbolçu üçün "Barselona"ya 200 milyon avro ödəməyə hazır olduğu bildirilir./Yenisabah.az