MİLLİ BİRLİYİMİZDƏN ƏNDİŞİYƏ DÜŞÜN “SAPI ÖZÜMÜZDƏN OLAN BALTALAR” – Sahil Qasımovun Benilüks Azərbaycanlıları Konqresinin sədrinə qarşı çıxmasının səbəbləri…

Baxış sayı:
1549

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində baş verən dəyişikliklərdən sonra, bu qurumun fəaliyyətində ciddi dəyişikliklər həyata keçirilməkdədir. Diaspor Komitəsinin sədri postunda Nazim İbrahimovu əvəz edən Fuad Muradovun sələfindən fərqli olaraq öz ətrafına korrupsioner məmurları deyil, peşəkar və gənc kadrları toplaması, o cümlədən bir çox xarici ölkələrdə diaspor təşkilatlarının demək olar ki, yenidən qurulması artıq öz töhfəsini verməkdədir. Təsadüfi deyil ki, istər Qarabağ savaşından əvvəl, istər də 44 günlük müharibə dönəmində dünyanın bir çox nüfuzlu ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımızın ermənilərin yalanını ifşa etmək və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün möhtəşəm birliyinin şahidi olduq.
Lakin təəssüflə qeyd olunmalıdır ki, milli birliyimiz ermənilərlə yanaşı, Nazim İbrahimovun Diaspor Komitəsinə rəhbərlik etdiyi dövrdə diaspor fəaliyyəti adı altında “qaz vurub, qazan dolduran” bəzi işbazları da narahat edib. Üzücü haldır ki, bəzi soydaşlarımız öz “hökmranlıqları” sona çatdıqdan sonra, diaspor təşkilatlarında onu əvəzləyən şəxslərə qarşı barışmaz mövqe nümayiş etdirir, hətta yeri gəldikdə onlara çamur atmaqdan belə çəkinmir. Nəticədə isə, bu cür xoşagəlməz hal azərbaycanlıların milli birliyinə zərbə vurmaqla yanaşı, dövlətimizin nüfuzuna da xələl gətirir.
Məlumat üçün bildirək ki, bu cür arzuolunmaz mənzərə bir necə gün əvvəl Niderland Krallığının Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) V Qurultayının keçirilməsi ərəfəsində də yaşanıb. Söhbət 2006-cı ildən Benilüks Azərbaycanlıları Konqresinin sədri vəzifəsini daşıyan, “komsomol” ləqəbli Sahil Qasımovun 4 il öncə öz postunu itirməsi ilə barışmayaraq, yeni sədrə və qurultayda ona səs verən soydaşlarımızın seçiminə qarşı hörmətsizlik nümayiş etdirməsidir…

Sahil Qasımov

Xatırladaq ki, Benilüks Azərbaycanlıları Konqresinin V Qurultayı noyabrın 22-də keçirilib. Qurultayda təşkilati məsələlərə baxılıb, yeni sədr və 13 nəfərdən ibarət İdarə Heyəti seçilib. Beləliklə, Elsevər Məmmədov yenidən, yekdilliklə, növbəti 4 il müddətinə Benilüks Azərbaycanlıları Konqresinin sədri seçilib.
Əldə etdiyimiz məlumata görə, BAK-ın onun tərəfindən yaradıldığını iddia edən Sahil Qasımov bu təşkilata ömürlük rəhbərlik etmək arzusunda olub. Lakin sonuncudan əvvəlki seçkilərdə ona etimadsızlıq göstərilərək, Elsevər Məmmədov sədr seçildikdən sonra, S.Qasımov yeni sədrə qarşı amansız olub. Onun E.Məmmədova qarşı qəzəbi o həddə çatıb ki, sonuncu Qurultaydan iki gün əvvəl - 20.11.2020-ci ildə sədrin və İdarə Heyəti üzvlərindən heç kimin xəbəri olmadan, o, Hollandiya Ticarət Palatasına (KVK) müraciət edərək, sədr Elsevər Məmmədovun adını BAK-ın üzvləri siyahısından çıxarıb. İddia olunur ki, S.Qasimov bununla iki gün sonra baş tutacaq Qurultayda yenidən sədr seçilməyi qarşısına məqsəd qoyubmuş.
Qeyd edək ki, bu faktı Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov da təsdiq edib. O, özünün sosial şəbəkədəki profilində status paylaşaraq, bu haqda açıqlama verib.

Elsevər Məmmədov

E.Məmmədovun sözlərinə görə, S.Qasımov belə bir addım atmasına səbəb onun BAK-a yenidən sədr seçilməsini istəməməsi olub: “Sahil Qasımov mənim BAK-a yenidən sədr seçilməyimi istəmirdi. Ən əsas səbəbi də o olub ki, mən nəyə görə Koordinasya Şurasına və digər təşkilatlara dəstək olur, onlarla bir yerdə tədbir keçirirəm.
Mən Sahil Qasımova hər zaman demişəm ki, bütün milli məsələlərdə azərbaycanlıların birliyindən yanayam və hər zaman təşkilatların sülh içində olmasını istəmişəm. Sahil Qasımov isə azərbaycanlıların Niderlandda birlik və bərabərlik içində olmaması üçün əlindən gələni edir.
Şəxsən mənim haqqımda hər cür şayiə və böhtan yaydılar ki, guya mən hardansa pul alıram, guya mənə yaxşı maddi dəstək verirlər”.

Elsevər Məmmədov onu da vurğulayıb ki, soydaşlarımızın birliyinə xələl gəlməməsi üçün indiyədək barəsində səslənən uydurma ittihamlara əhəmiyyət verməyib. O, bundan sonra da bu cür şər-böhtan yayan şəxslərə reaksiya verməyəcəyini və onları Allaha həvalə etdiyini bildirib.
Təbiiki, bütün bunlardan sonra bizə, yenə də sadəcə təəssüf etmək qalır. Çünki, görünən odur ki, ibrahimovçu təfəkkür sahibləri hələ də dövlət maraqlarını öz maddi çıxarlarına qruban vermək üçün əllərindən gələni əsirgəmirlər. Təəssüf!

Muxalifet.az

P.S. Bu yazını hazırlayarkən, Sahil Qasımovun nə üçün “komsomol” ləqəbi ilə çağrıldığı ilə maraqlandım. Dedilər ki, hər şey onun “sicilində” yazılıb… Bu cavabdan sonra onun barəsində internetdə qısa araşdırma apardım. Məlum oldu ki, Sahil Məmmədyar oğlu Qasımov 1961-ci il aprelin 7-də Hacıqabul rayonunda anadan olmuşdur. 1978-ci ildə orta məktəbi bitirdikdən sonra Volqoqrad şəhərindən Dovlət İnstitutunun tarix-filologiya fakultəsinə daxil olmuş və 1982-ci ildə bu fakultəni bitirmişdir. Omsk şəhərindəki Ali Polis Akademiyasının Cinayət İşləri uzrə fakultəsini bitirərək 2-ci ali təhsilini almış və Ali Huquq ixtisasına yiyələnmişdir. Marksizm Leninizm Univer sitetini Altay Vilayətinin Barnaul şəhərində qiyabi olaraq bitirmiş, Barnaul şəhərini Yeleznodorojnıy Rayon Komsomol Təşkilatının Buro uzvu və Altay Vilayəti Mərkəzi Komsomol Təşkilatının uzvu olmuşdur…
P.P.S. Güman edirik ki, Sahil Qasımovun milli birliyimizə qarşı çıxmasının səbəblərini başqa yerdə axtarmaq lazım da deyil, hər şey yuxarıdakı bir neçə cümlədə gizlənir…