Milli Məclis Fransa Senatına rəsmi etiraz hazırlayır / YENİLƏNİB

Baxış sayı:
844

Milli Məclis noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatı deputat Cavanşir Feyziyev təqdim edib.

Bəyanatda deyilir ki, işğal edilmiş Azərbaycanın ərazilərində qeyri-qanuni yaradılan oyuncaq qurumun mövcudluğuna noyabrın 10-da son qoyulub: "Fransa Senatının qətanaməsində Azərbaycan tərəfindən Ermənistana qarşı Türkiyə Silahlı Qüvvələrinin iştirak etməsinə dair əsassız və saxta iddialar irəli sürülüb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Fransanın özünün dəstəklədiyi və digər mötəbər qurumların qəbul etdiyi qərarları təmin edib".

***11:48

“Dünən Fransa senatında çirkin qətnamə qəbul edilib. Milli Məclis Fransa senatının bu qətnaməsi ilə bağlı bəyanat qəbul etməlidir”.

Bunu parlamentin bu gün keçrilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, aparılan bu danışıqlarda xüsusən diqqəti çəkən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması olub:

“Bütün bunlar Fransanın həmsədr olmasını şübhə altına alır. Azərbaycanın səyləri nəticəsində bu gün yeni reallıq yaranıb. Fransa yaranmış vəziyyətlə barışmalı, haqqın tərəfində dayanmalıdır”.

Daha sonra noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanatın müzakirəsinə başlanılıb.

Komissiyanın sədri - Səməd Seyidov, komissiyanın üzvləri Cavanşir Feyziyev, Əminə Ağazadə, Fazil Mustafadır.