Miqrasiya xidmətinin keçmiş rəisi koronavirusdan vəfat etdi - TÜRKİYƏYƏ APARILMIŞDI

Baxış sayı:
1913

Dövlət Miqrasiya Xidmətinin  rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişib.

Muxalifet.az xəbər verir ki, F.Nəbiyev Türkiyədə koronavirusdan vəfat edib.

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə anadan olub. 2006-cı ildə ona general-mayor hərbi rütbəsi verilib. 2012-2018-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində işləyib. 2012-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

F.Nəbiyevin sabah 60 yaşı olacaqdı.

Qeyd edək ki, generalın ölümü barədə ilk məlumatı gununsesi.info yayıb.