"MƏNİM HƏBSİMİ İSTƏYƏNLƏR..." - Hacıbala Abutalıbov hələ də danışır

Baxış sayı:
1025

Uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və 2018-2019-cu illərdə Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbov həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Demokrat.az bildirir ki, Hacıbala Abutalıbovun sözlərinə görə, onun saxlanması ilə əlaqədar yayılan xəbərlər yalandır: "Bəzi jurnalistlər özündən uydurur bunu. Gördüyünüz kimi, indi sizinlə danışıramsa, deməli, həbs olunmamışam. Mənim həbs olunmağını istəyənlər ürəyi bəd olan insanlardır".

Qeyd edək ki, Qənimət Zahid "Azərbaycan saatı" verilişində Hacıbala Abutalıbovun həbs edilməsi ilə bağlı məlumat yayıb.