“Mənim xəstəliyimə sevinənləri Allaha tapşırıram” - HAFİZ HACIYEV

Baxış sayı:
1301

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusdan sağalıb.
Muxalifet.az xəbər verir ki, bu barədə modern.az-a partiya sədri özü məlumat verib.
Hazırda ev şəraitində müalicəsini davam etdirən Hafiz Hacıyev özünü yaxşı hiss etdiyini deyib:
“Doğrudur, tam yaxşı deyiləm, müalicə davam edir, oksigenlə dəstək alıram”.
H. Hacıyev danışmaqda çətinlik çəksə də, onun koronavirusa yoluxmasına sevinənlərə cavab verməkdən geri qalmayıb:
“Danışa bilmirəm. Allaha tapşırıram hamısını. Kim nə edir, Allah qarşısında cavabdehdir. Bu dünyada olmasa da, o biri dünyada cəzasını alacaq”.
Sədr koronavirusla mübarizədə fədakarlıq göstərən həkimlərə təşəkkürünü bildirib.
Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Mərkəzi Gömrük Hospitalında müalicə alırdı.