Mübariz Mənsimovun məhkəməyə çıxacağı tarix bəlli oldu

Baxış sayı:
4490

Hazırda həbsdə olan “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimovun işi ilə bağlı 27-ci İstanbul Ağır Cəza məhkəməsi iddianaməni qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, məhkəmənin vaxtı bu ilin sentyabr ayının 15-nə təyin edilib.

Məhkəmənin ictimaiyyət və mətbuat üçün açıq olub-olmaması ilə bağlı qərarı məhkəmə verəcək.

Xatırladaq ki, azərbaycanlı iş adamına qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülüb.