Müdafiə Nazirliyi: Tank və helikopterlərimizin vurulması yalandır

Baxış sayı:
797

Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.