Müxalifət Yerevanın mərkəzini blokadaya alır və... - VACİB BƏYANATLAR VƏD EDİR

Baxış sayı:
694

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən "Vətənin xilası uğrunda hərəkat"ın yüzlərlə tərəfdarı parlamentin yanındakı Yerevanın mərkəzi prospektini mühasirəyə almaqda davam edir.

TASS bildirir ki, etirazçılar müxalifət liderlərinin yeni bəyanatlarını gözləyirlər.

"Bu gün bizim gələcək hərəkətlərimizlə bağlı  çox vacib bəyanatlarımız olacaq", - deyə "Daşnaksütyun" partiyasının nümayəndəsi Geqam Manukyan bildirib.

Prospektdə vətənpərvərlik mahnıları səsləndirilir, zibil qutularından və küçə skamyalarından barrikadalar quraşdırılıb. Fəallar zaman-zaman hökumət əleyhinə şüarlar səsləndirirlər. Polislər gücləndirilmiş rejimdə xidmət aparırlar, lakin prospektləri mitinqçilərdən təmizləməyə çalışmırlar./Virtualaz.org