Müxalifətin çadır düşərgəsində silahlı şəxs saxlanıldı - İRƏVANDA

Baxış sayı:
737

Ermənistanın paytaxtı İrəvanda parlamentin binası qarşısında müxalifətin qurduğu çadır düşərgəsində üzərində bıçaq olan sərxoş kişi saxlanılıb.

Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Qeyd edilir ki, axşam saatlarında müxalifət tərəfdarları parlamentin binası qarşısına toplaşıb. Çadırlardan birinə gözlənilmədən bıçaqla silahlanmış sərxoş kişi girib. Ancaq müxalifətçilər onu çadırdan itələyib çıxarıblar və polis əməkdaşlarına təhvil veriblər.

Silahlı şəxs saxlanılıb, təhqiqat aparılır.

Xatırladaq ki, artıq bir neçə gündür, Yerevanda iqtidar əleyhinə etiraz aksiyaları keçirir. Bir sıra müxalifətçilər çadır quraraq, parlamentin binası qarşısında gecələyirlər./report