“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir - FOTOLAR

Baxış sayı:
331
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günündə “Nar” cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlara növbəti dəfə dəstək olub. Cəbhə xətti ilə sərhəddə olan sakinlərə qələbə ruhunu daha da yüksəltmək üçün üçrəngli bayrağımız, rahat ünsiyyət qura bilmələri üçün minlərlə “Nar” ödəmə kartları və digər ləvazimatlar paylanılıb. Eyni zamanda düşmən atəşi nəticəsində evləri dağılmış və müvəqqəti sığınacaqlarda yerləşdirilmiş insanlara qış geyim dəsti təqdim edilib. 
 
Qeyd edək ki, “Nar” bundan öncə də cəbhəyanı ərazilərdə olan bütün abunəçilərinin balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib. Mobil operator torpaqların azad edilməsi uğrunda hərbi əməliyyatların getdiyi bir dövrdə bu cür sosial əhəmiyyətli layihələri həyata keçirməyi özünün öhdəliyi bilir. 
 
Rəşadətli Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyinə əminik! Qələbə bizimdir!