Navalnı danışmağa başladı - Rusiya ilə Qərb arasında qarşıdurma yeni fazaya keçdi

Baxış sayı:
3497

Almaniya polisi Rusiya müxalifətinin lideri, Korrupsiya ilə Mübarizə Fondunun (KMF) sədri Aleksey Navalnının mühafizəsini gücləndirib.

Bu barədə Almaniyanın “Der Spigel” qəzeti yazıb

Həkimlər isə onun səhhətinin yaxşılaşdığını bildiriblər. Onların sözlərinə görə, koma vəziyyətindən çıxan A.Navalnı artıq danışmağa başlayıb.

Bu arada ABŞ Dövlət katibi Mayk Pompeo Aleksey Navalnının düşdüyü vəziyyətdə Rusiyanın yüksək vəzifəli məmurlarının əli ola biləcəyini deyib.

Diplomatın sözlərinə görə, dünyanın hər yerində insanlar belə düşünür: “Onlar bunun yüksək səviyyəli Rusiya rəsmiləri tərəfindən baş verməsi ilə bağlı əhəmiyyətli bir ehtimalın olduğunu anlayırlar. Bunun Rusiya və ruslar üçün pis olduğunu düşünürəm”.

Navalnının həmkarları, qohumları və başqaları da zəhərlənmənin arxasında Rusiya hakimiyyətinin dayandığına inanırlar. Kreml isə iddiaları qətiyyətlə rədd edir.

Rusiya hökuməti sentyabrın 9-da bəyan edib ki, Berlinin Moskvadakı səfirinə Almaniyanın Navalnının xəstəliyi ilə bağlı əsassız ittihamlar və ultimatumlarından dolayı etiraz bildirilib.

Moskvada Xarici İşlər Nazirliyində görüşdə Almaniyanın səfirinə xəbərdarlıq olunub ki, Berlinin Moskvanı işlə bağlı informasiya ilə təmin etməməsi düşmən provokasiyası hesab olunacaq və fəsadlar verəcək.

Almaniya hökuməti bildirir ki, Navalnının sinir qazıyla zəhərləndiyini göstərən testlərin nəticələri Kimyəvi Silahların Qadağanı Təşkilatına təqdim olunub.

Hökumət dəlili birbaşa Rusiyaya təqdim etməyə səbəb görmür, sözçünün müavini Martina Fietz jurnalistlərə deyib. 

Biz Rusiya tərəfini informasiya verməyə çağırırıq”, – o, sözlərinəəlavə edib.

Səfir çağrılmazdan qabaq Xarici işlər naziri Sergey Lavrov Almaniyanı tənqid edib, Berlinə göndərdiyimiz rəsmi müraciətlərə tamamilə qeyri-adekvat yanaşma göstərdiyini vurğulayıb. O, Almaniyanın tonunu tamamilə qəbuledilməz adlandırıb.

Navalnı hazırda Berlindəki “Charite” xəstəxanasında müalicə alır, sentyabrın 7-də onun süni koma vəziyyətindən ayıldığı bildirilib. Ancaq hansı uzunmüddətli fəsadlardan əziyyət çəkəcəyi bəlli deyil./azpolitika