"ONLARIN HÜCUMU ÖLÜM MƏLƏYİNİN GƏLİŞİ KİMİ İDİ..." - Fransalı muzdlu Azərbaycan hərbçilərinin qüdrətindən danışıb

Baxış sayı:
1129

İkinci Qarabağ Müharibəsində yaşanan hadisələri danışan erməni əsgər Azərbaycan Silahlı Qüvvələrindən necə qorxduqlarını dilə gətirib.

“Yerevan Today” xəbər verir ki, Fransadan Qarabağa gedərək, Azərbaycan ordusuna qarşı vuruşan erməni üç-dörd azərbaycanlı hərbçinin 20-30 ermənini məhv etdiyini deyib: “Azərbaycan əsgərlərinin hücumu ölüm mələyinin gəlişi kimi idi. Üç-dörd nəfər gəldilər, 20-30 nəfər silahlı ermənini səngərdə öldürdülər və həmin vaxt da gözdən itdilər. Onları gecə ova çıxan ac qurdlara bənzətdik”.

Onun sözlərinə görə, Azərbaycan əsgərləri əsasən gecə və dumanlı havalarda hücuma keçiblər: “Nə vaxt gələcəklərini bilmək üçün səngərlərin qarşısına çipsi tökürdük”.

O, erməni əsgərlərin döyüş meydanından qaçması xəbərlərinə cavab olaraq deyib ki, “1500 erməni əsgərin 5-6 nəfərin qarşısından qaçdığını deyirlər, bizi qınayırlar. Bəli, qaçırdıq, əgər qaçmasaydıq mütləq öləcəkdik”.

Erməni əsgər Şuşada baş verənlər barədə də danışıb: “Onları yolda gözlədik, amma gördük ki, yanımızdadırlar. Qorxunc döyüş idi. Qarabağ uğrunda təkrar vuruşacağımızı deyirlər. Bu döyüşləri görən əsgərlər və ya zabitlər çətin ki, bir daha Qarabağda vuruşsunlar”.