Parisdən Ankaraya mətnində türkcə ifadələrin də yer aldığı məktub - MAKRON ƏRDOĞANLA BARIŞMAQ İSTƏYİR

Baxış sayı:
439

Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Virtualaz.org NTV-yə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, məktubda Makron iki ölkə arasında münasibətləri inkişaf etdirmək istədiklərini, Türkiyəyə verdikləri əhəmiyyəti və qarşıdakı dövrdə Prezident Ərdoğanla görüşməyi arzu etdiyini bildirib.

“Gözəl, pozitiv, hətta bəzi yerlərində türkcə ifadələrin olduğu bir məktub aldıq. Prezidentimizə təqdim etdik və o da “məmnuniyyətlə görüşərik” dedi", - deyə M.Çavuşoğlu vurğulayıb.