PARTİYA SƏDRİNİN HƏBSİNƏ ETİRAZ - Gürcüstan müxalifəti mitinq keçirəcək

Baxış sayı:
1117

Gürcüstan müxalifəti bu gün saat 15:00-da hökumət binasının qarşısında mitinq keçirməyi planlaşdırır.

Bu barədə Vahid Milli Hərəkat Partiyasının (VMHP) liderlərindən biri Xatiya Dekanoidze bildirib.

Onun sözlərinə görə, bu gün bütün dünya Nika Meliyanın həbsi məqsədilə VMHP-nin ofisinə polis basqınını gördü: “Ölkənin və uşaqların taleyinə biganə olmayan hər kəsi hökumət binasının qarşısına gəlməyə çağırıram. Biz vətənimizin azadlığı naminə mütləq mübarizə aparmalıyıq”.