"Paşinyan alçaldılmış erməni dövlətçiliyinin rəmzidir" - Lilit Qalstyan

Baxış sayı:
1481

Nikol Paşinyan nəinki məğlubiyyətimizin, xəyanətimizin, həm də alçaldılmış dövlətçiliyimizin rəmzidir.

Bunu "Daşnaksütyun" Erməni İnqilabi Federasiyası Ali Şurasının üzvü Lilit Qalstyan “Facebook” səhifəsində yazıb.

"Mən Nikola baxıram. O, solğun və bədbəxt sifəti, qorxmuş səsi ilə Rusiya nümayəndə heyətinə nəsə deməyə çalışır. Bu məqamda Nikol nəinki məğlubiyyətimizin, xəyanətimizin, həm də alçaldılmış dövlətçiliyimizin rəmzidir", - deyə o, baş naziri istefa verməyə çağırıb./Virtualaz.org