“PAŞİNYAN HƏR AN HAKİMİYYƏTDƏN UZAQLAŞDIRILA BİLƏR" - Sergey Markov

Baxış sayı:
2471

Azərbaycan oktyabrın 18-də Müstəqillik Gününü bayram edir. Azərbaycanın bütün dostları ölkə rəhbərliyini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edir və əmin-amanlıq arzulayırlar.

AzərTAc xəbər verir ki, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov bu barədə öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, bu il Azərbaycan Müstəqillik Gününü Dağlıq Qarabağda hərbi uğurlarla bağlı böyük vətənpərvərlik coşqusu ilə bayram edir. Azərbaycan Ordusu Ermənistan tərəfindən 25 ildən çox müddətdə zəbt edilmiş ərazilərinin 10 faizini artıq öz nəzarəti altına alıb. Hücum davam edir.

“Ermənistanın baş naziri, bu müharibənin əsas səbəbkarı, Ermənistanın siyasi və hərbi məğlubiyyətlərinin əsas səbəbkarı Nikol Paşinyan hər an hakimiyyətdən uzaqlaşdırıla bilər”, - deyən politoloqun fikrincə, “Orada hakimiyyət hərbi komitəyə ötürülə bilər. Buna səbəb - Ermənistanın açıq-aşkar hərbi məğlubiyyəti, bir də odur ki, Rusiya açıq-aşkar Sorosun əlaltısı olan Paşinyana kömək göstərmək istəmir. Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu əyani şəkildə göstərdi ki, o, daha yaxşı təchiz olunub, daha yaxşı hazırlaşıb və görünür, onun döyüş ruhu da yüksəkdir, çünki o, öz əraziləri uğrunda vuruşur. Axı Rusiya da, dünya birliyi də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.