Paşinyan onun istefasını tələb edən daha bir partiya sədri ilə görüşmək istəyir

Baxış sayı:
1143

Ermənistanın baş naziri Nikol Paşinyan müxalif Çiçəklənən Ermənistan Partiyasının sədri Qagiq Sarukyanı görüşə dəvət edib.

“Report” xəbər verir ki, bunu hakim “Mənim addımım” parlament fraksiyasının sədri Lilit Makunts martın 4-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüş üçün dəvət artıq göndərilib: “Görüşün və danışıqların olacağını gözləmək lazımdır. Hələ ki, Sarukyanla görüşün olub-olmayacağı aydın deyil”.

Çiçəklənən Ermənistan Partiyası və parlamentdəki “Sarukyan” fraksiyasının sədri, milyonçu deputat Qagik Sarukyan baş nazir Nikol Paşinyanın istefasını ilk dəfə tələb edənlərdəndir.