PAŞİNYAN REFERENDUM ELAN EDİR - Ermənistan prezident idarəetmə üsuluna keçə bilər

Baxış sayı:
1128

Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı referendum elan edib.

O, bu barədə Respublika Meydanında keçirilən mitinqdə məlumat verib.

Baş nazir bildirib ki, Ermənistanın yenidən prezident respublikasına keçirilməsi üçün oktyabr ayında referendum elan edir.

Bildirək ki, 2018-ci ildə sabiq prezident Serj Sarkisyan Konstitusiyaya dəyişiklik etmişdi.