“PAŞİNYAN ÜZR İSTƏMƏLİDİR!” - Rusiyadan tələb gəldi

Baxış sayı:
873

Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” paket kompleksi ilə bağlı dediklərinə görə açıq şəkildə üzr istəməlidir.

Bunu Rusiya Dövlət Duması Müdafiə komitəsi sədrinin birinci müavini Aleksandr Şerin deyib.

O bildirib ki, Paşinyan Rusiyanın silahlarını tənqid edərək Qafqazdakı münaqişənin nəticələrində özünün günahsız olduğunu göstərmək istəyir.

Şerinə görə, Ermənistanın baş naziri üzr istəməlidir. Dövlət Dumasının müdafiə komitəsi sədrinin birinci müavini hesab edir ki, əvvəlcə öyrənmək lazımdır: Paşinyan “İsgəndər”in taktiki- texniki xüsusiyyətlərini ümumiyyətlə oxuyub, bu raketin nə üçün istifadə edildiyini bilir?

“Düzü, şikayətin nə olduğunu tam anlamıram. Yəqin ki, Paşinyanın hərbi məsələlərlə heç bir əlaqəsi olmayıb. Biz onun sözlərini ciddiyə almalıyıq. Bir adam belə şeylər deyirsə, yoxlama aparılmalıdır. 10 “İsgəndər” raketinin buraxıldığını və yalnız birinin partladığını necə hesablamaq olar? Digər doqquzu hara düşdü və partlamadı? Hesab edirəm ki, Paşinyan açıq şəkildə üzr istəməlidir” - deyə Aleksandr Şerin vurğulayıb.