"Paşinyanın kapitulyasiya imzalamaq planından xəbərsiz idim..." - ERMƏNİSTANIN XİN RƏHBƏRİ

Baxış sayı:
2193

"Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan Baş nazir Nikol Paşinyanın kapitulyasiya imzalamaq planlarından xəbərsiz olduğunu açıqlayıb".

"Hraparak" qəzetinin xəbərinə görə, nazir bunu Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə keçirilən iclasda deyib.

Qəzet qeyd edir ki, Mnatsakanyan son günlərdə gizli fəaliyyətə keçib, çünki Qarabağla bağlı razılaşma hər şeydən əvvəl diplomatiyanın məğlubiyyətidir.

“İclasda iştirak edənlər Mnatsakanyanın açıqlamasına çox qəzəbləndilər və ona inanmadılar. Müavinlərindən biri bu teatrda iştirak etməyəcəyini söyləyərək qətiyyətlə iclası tərk etdi. Erməni diplomatlar hadisəni ölkə rəhbərliyi üçün bağışlanmaz hesab edir və Mnatsakanyanın da istefa verməsinin lazım olduğunu bildiriblər”, - qəzet yazır.