PAŞİNYANIN KOMANDASI "SÖKÜLÜR" - Daha bir nazir istefa verdi

Baxış sayı:
1947

Ermənistanın fövqəladə hallar naziri Feliks Tsolakyan vəzifəsindən istefa verib.

Yerli KİV-lər xəbər verir ki, Ermənistan FHN-in mətbuat katibi Anna Badasaryan məlumatı təsdiqləyib.

Nazirin istefa səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Feliks Tsolakyan bu vəzifəyə 2018-ci ilin 14 oktyabrında təyin edilmişdi.

Onu da xatırladaq ki, ötən gün Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan istefa verib.