Pentaqon Ermənistanda və Azərbaycanda yarasa toplayır? - ERMƏNİ EKSPERTDƏN İDDİA

Baxış sayı:
6475

Ermənistanda Pentaqonun eqidası altında yarasaların toplanması proqramı həyata keçirilir.

Erməni mənbələri xəbər verir ki, bu barədə zoonoz xəstəliklərə nəzarət veterinat səhiyyənin təşkili üzrə ekspert, “Vahid sağlamlıq” koalisiyasının lideri Qriqor Qriqoryan bildirib.

“Pentaqonun Ermənistan ərazisində həyata keçirdiyi layihələrdən biri Şərqi Avrasiyada yaşayan yarasaların toplanması proqramıdır”,-o deyib.

Qriqoryanın sözlərinə görə, proqrama Ermənistanın münaqişədə olduğu Azərbaycan, Türkiyə və Pakistan kimi ölkələr də cəlb olunub. O deyib ki, uçan məməlilər “Eco Helth Alliance” təşkilatının rəhbərliyi altında həyata keçirilir. Həmin təşkilat isə ABŞ Müdafiə Nazirliyinin təhdidlərin azaldılması üzrə Agentliyinin (DTRA) nəzarəti altındadır.

“Ermənistanın yarasaların toplanması proqramında iştirakını mən yolverilməz hesab edirəm, çünki bu həm Ermənistanın, həm Qarabağın təhlükəsizliyini təhdid edir”,-ekspert deyib. Onun sözlərinə görə, yarasaların toplanmasının dəqiq məqsədini müəyyən etmək mümkün deyil, çünki layihə məxfiləşdirilib.

“Təkcə o məlumdur ki, yarasaları Gürcüstanın, Ermənistanın və Azərbaycanın ərazilərində toplayırlar. Bu yaxınlarda Abxaziyaya keçən adamı həbs ediblər, o deyib ki, yarasa tutub satmaq istəyirdi. Yəni proses gedir. Lakin yarasaları DTRA toplayırsa, o zaman onların həmin heyvanlarla bağlı hansı araşdırmalar apardığına dair informasiyaya malik olmaqla müəyyən təxminlər irəli sürmək olar”,-Qriqoryan belə deyib./virtualaz.org