“Pfizer” Avropaya peyvənd tədarükünü azaldır

Baxış sayı:
277

ABŞ-ın “Pfizer” əczaçılıq şirkəti koronavirusa qarş peyvəndin Avropaya tədarükünü gələn həftədən müvəqqəti olaraq azaldacaq.

DW xəbər verir ki, bu barədə Norveç İctimai Səhiyyə İnstitutu bildirib.

Qurumun açıqlamasında “Pfizer”in illik istehsal gücünü 1,3 milyard dozdan 2 milyard dozayadək artırmağı qarşıya məqsəd qoyaraq texnoloji dəyişikliklər apardığı göstərilir.

“Biz gələn həftəyə “Pfizer”dən 43 875 dərman dozunu gözləyirdik. Artıq belə görünür ki, 36 075 doz alacağıq”, - deyə bəyanatda qeyd olunur.

“Pfizer” şirkətinin əvvəlki istehsalat gücünə nə vaxt qayıdacağının hələlik müəmmalı olduğu da vurğulanıb.