“Prezident ailəsinə savaş açmaq İlham Əliyev siyasi kursuna sadiq qalmaq sayıla bilərmi?!” – PARTİYA SƏDRİNDƏN MEHDİYEVƏ MÜRACİƏT

Baxış sayı:
3687

Turan Partiyasının başqanı Cahandar Bayoğlu ötən həftə onun tərəfindən məhkəməyə verilməklə təhdid olunan AMEA prezidenti Ramiz Mehdiyevə müraciət edib. Muxalifet.az partiya başqanının müraciətini olduğu kimi dərc edir:
“Cənab Ənvəroviç!

Siz Heydər Əliyev siyasi kursuna qarşı ən təhlükəli gücün təmsilçisi və Azərbaycan liderisiniz.
Siz son zamanlar məqalələrinizlə gündəm olmaqda davam edirsiniz. Yazılarınızın canı daha çox “mən meydandayam, haqsız hücumlara məruz qalmışam, Heydər Əliyev və Prezident İlham Əliyevin siyasi kursuna sadiqəm, Prezident İlham Əliyevdən başqa kim Ptezident olsa ona qarşı cıxacam, hücumlardan qorxmuram, mənim tabeçiliyimdə olub, əleyhimə danışanlar simasızdır və onları cəzalandıracam, əsl müxalifət birüzlüdü, erməni düşmənçiliyi olan yerdə mənə toxunmaq risqlidi, Rusyanın əleyhinə danışmayın cəzalanarsınız” kimi məsajlar verməkdir.
Cənab Ənvəroviç, Azərbaycanı Rusya məngənəsində saxlamaq, ölkəni rüşvət burulğanında boğdurmaq, korrupsiyanı himayə etmək, başqasının mülkünü ələ keçirmək, dövləti talan etmək, erməni qanlılardan gizli partiya yaradıb dövləti sarmaq, Türk kimliyinə savaş açmaq, milli-mənəvi dəyərlərimizi tapdalamaq, Moskva-Yerevan-Tehran bloklaşmasının himayəçisi olmaq, onlara qarşı olan bütün qüvvələri darmadağın etmək, “Təbriz!” deyənləri sürgün və təhqir etdirmək, Prezidentin ailəsinə savaş açaraq təhqirlər yağdırtmaq... Heydər Əliyev və İlham Əliyev siyasi kursuna sadiq qalmaq sayıla bilərmi? Əsla yox! Bu sualın bir gerçək cavabı var - Moskvaya sadiq qalmaq. Siz Moskvaya sədaqət andınızı, “Heyder Əliyev siyasi kursuna sadiqəm deyib”, millətin gözünə kül üfürməkdən əl çəkin. Siz Heydər Əliyev siyasi kursuna qarşı ən təhlükəli gücün təmsilçisi və Azərbaycan liderisiniz.
Məncə, siyasi oyunbazlığa son qoymağın zamanıdı”.
Muxalifet.az